Nə axtarırsan?

Mebel

Mebel yaşayış, iş və ictimai yerlərdə funksionallıq, rahatlıq və estetika təmin etmək üçün nəzərdə tutulmuş müxtəlif əşyaları əhatə edən geniş kateqoriyalı termindir. Buraya unikal dizayn və funksionallıqla müxtəlif materiallardan hazırlanmış müxtəlif növ əşyalar daxildir. Mebel məkanı təşkil etmək, rahatlıq yaratmaq və sahibinin üslubunu və zövqünü əks etdirməkdə mühüm rol oynayır. O, həmçinin interyerin fərdiliyini və xarakterini vurğulayır, əşyaların saxlanması, yatmaq üçün xüsusi yer, istirahət etmək üçün şəxsi alan, işləmək üçün fərdi iş məkanı yaratmağa imkan verir və bunun həlli yollarını təqdim edir.

Daha çox göstər

Mebel modelləri ilə tanış olun

Mebel bizim həyatımızın ayrılmaz parçasıdır. Onlar olmadan günlük həyatımızda çətinliklərin yaşanılması qaçınılmazdır. Ev və iş yerlərimiz üçün fərqli mebel modellərinə ehtiyac duyuruq. Yataq otağımızda geyimlərimizi yerləşdirə biləcəyimiz dolablara, sağlam yuxu almaq üçün çarpayılara, mətbəxdə qab-qacaqları yerləşdirmək üçün mətbəx mebellərinə, qidalanmaq, əyləşi hər hansı bir işi görmək üçün masa dəstinə, qonaq otağında istirahət edə bilmək üçün yumuşaq mebellərə, stol-stul dəstlərinə, dəhlizdə üst geyimlərimizi asa biləcəyimiz dəhliz mebellərinə ehtiyacımız vardır. Mebellər adətən gec-gec dəyişdirildiyindən seçim zamanı daha keyfiyyətli məhsullara üstünlük verilir. Gardashlar.com-dan axtardığınız dizayna sahib mebel tapa bilərsiniz.

 

Mebel seçimi necə olmalıdır?

Mebel seçimi zamanı keyfiyyətlə yanaşı dizayna, görünüşə də üstünlük verilməlidir. Bir neçə nüansı diqqətə alaraq seçiminizi daha düzgün və qısa zamanda edə bilərsiniz. İlk olaraq büdcənizi müəyyənləşdirməyiniz lazımdır. Belə olduğu halda siz həmin qiymət aralığında olan mebellərlə tanış olacaqsınız. Bundan sonra isə hansı üslubda dizayn olunan mebelləri bəyənirsənizsə, axtarışınzı o yöndə davam edirməyiniz mümkündür. Otağın ölçüsünü, digər mebellərlə uyğunlaşmağını da gözdən qaçırmamalısınız. Gardashlar.com sizin üçün ən gözəl mebel modellərini təklif edir.

 

Mebel növləri hansılardır?

Mebel növləri hər bir istehlakçının zövqünə əsasən müəyyənləşir. Bu gün bazrda fərqli üslublarda dizayn olunan çox sayda mebellər görə bilərsiniz.  Bunları aşağıdakı kimi sadalaya bilərik;

  1. Klassik
  2. Modern
  3. Avanqard

Klassik mebel modelləri hər zaman dəbdə olan və heç zaman dəbdən düşməyən üslubdur. Qədim zamanlardan bu yana bir çox evlərdə, idarələrdə klassik modellərə üstünlük verilmişdir. Günümüzdə də bu üslubda istehsal olunan mebellərə təlabat daha çoxdur. Retro və nostalji dizaynları sevənlər üçün təklif oluan klassik mebellər adətən ağacdan hazırlanır.

Modern üslub adındna göründüyü kimi müasir zamanın tələblərinə uyğun olaraq hazırlanan mebellərdir. Günümüzdə bir çox iş yerlərində və evlərdə bu üsluba üstünlük verildiyini görə bilərik.

Avanqard fransızca “Avanqard” mənasını verən termindir. Bu üslubda hazırlanan mebellərə daha çox yataq və qonaq otaqlarında rast gəlinir. Bu məhsullarla gözlərinizi evinizin möhtəşəmliyindən ala bilməyəcəksiniz.

Gardashlar.com -da hər üslubda hazırlanan mebel modellərini görə bilərsiniz.

 

Mebel qiymətləri daha münasib.

Mebel bizim üçün çox vacib ehtiyaclardan biridir. Müasir istehlakçılar mebelin ekoloji cəhətdən təmizliyinə getdikcə daha çox diqqət yetirirlər. Davamlılığı və təkrar emalını dəstəkləyən materialların istifadəsi daha çox tələb edilir. Bütün bu saydığımız xüsusiyyətləri ilə seçilən və hər növ mebellərin satışında nömrə bir olan Qardaşlar mebel salonu sizləri gözəl təkliflər və münasib qiymətlərlə sevindirməyə davam edir.

Faydalı Linklər

>